25.04.2024

AVMVİB 25 illik yubileylə bağlı tədbirlərə start verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasından 25 il keçir. Atəşkəs sazişi imzalandıqdan sonra düşmənə qarşı savaşan döyüşçülər geri döndülər. Bu insanlardan bir çox qüvvələr öz şəxsi ambisiyaları üçün istifadə etməyi planlayırdılar. Bu döyüşçülərin ictimai bir qurumda birləşdirilməsi zamanın sifarişi idi. Azərbaycan Vətən Müharbəsi Veteranları Birliyi 26 avqust 1994-cü ildə yaradıldı.

Təşkilat yarandığı gündən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə böyük diqqət və qayğı göstərir və müxtəlif problemlərini həll etməyə çalışır. Ölkənin ictimai həyatında, o cümlədən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində təşkilat böyük rol oynayıb.

AVMVİB-i yaranan gündən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin həll edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirib və gələcəkdə də bu işləri Dövlətimizin dəstəyi ilə həyata keçirməyi planlaşdırır.
Hazırda təşkilatın 64238 nəfər üzvü var.

Bütün cəmiyyətlərdə müharibələri pisləyirlər. Amma müharibə veteranları bütün dövrlərdə və bütün cəmiyyətlərdə ən şərəfli mövqelərə malik olmuşlar. Hələ Qədim Sparta dövlətində keçirilən yarışlar zamanı 2-ci yeri tutan veteranlara 1-ci yer üçün nəzərdə tutulandəfnə çələngi ilə təltif olunurdular.Senata seçilənlərin böyük əksəriyyəti müharibələrdə iştirak etmiş veteranlar olardı. Hətta elm sahəsində də buna diqqət yetirilirdi. Filosoflardan Sokrat çox saylı döyüşlərdə iştirak etmişdi. Filosoflardan Demokrit hərbi strateq sayılırdı.

Hətta eradan əvvəl döyüşdən yayınan fərarilərə, döyüşdən yayınanlara ikrahla baxırdılar. XX əsrin sonunadək dünyada hökmdar olan şəxslərin müharibə veteranları olması faktdır. Hətta SSRİ dövründə də bu ənənə M. Qorbaçovadək davam etdi. Bütün müharibələrin yekununda veteran problemi üzə çıxır. İstər Alman -Sovet müharibəsi sonrası, istərsə də Amerika-Vyetnam müharibəsi sonrası dönəmlrdə səngərlərdə çarpışmış müharibə veteranlarının cəmiyyətə adaptasiya edilməsi problemləri yaşandı. Sovet hökuməti bu problemi həll etmək üçün bu gün də fəaliyyətdə olan ictimai birliklər yaradıldı. Vyetnamdan dönən Amerika veteranlarını məğlub hesab edən Amerika xalqı küçələrdə veteran döyüşçüləri təhqir edirdilər. Psixoloji durum bir çox veteranın həyatına intiharla son verməsinə səbəb olmuşdu. Amma sonralar xalq anladı ki, bu məğlubiyyətdə döyüşən əsgər deyil, siyasi hakimiyyət və komandanlıq günahkardır. Diskriminasiyaya son qoyuldu və Vyetnam müharibəsi veteranları qısa vaxtdan sonra cəmiyyətin ən imtiyazlı nümayəndələri sayılmağa başladı. Biz nədənsə ikinci yola üstünlük verdik. Mövcud qanuni baza və Ali Baş Komandan cəənab İ.Əliyevin müvafiq göstəriş və tapşırıqları olmasına baxmayaraq, hələ də məmurların böyük əksəriyyəti Veteranlara qarşı əsil diskriminasiya siyasəti yürütməkdədirlər.

AVMVİB 25 ildir ki bu cür neqativ hallara qarşı mübarizə aparır və aparmaqdadır. Bu yolda ümummilli öndər H.Əliyev, onun layiqli davamçısı İ.Əliyev və Birinci virse prezident M. Əliyevanı daim öz yanımızda bu təbəqədən olan insanların himayədarı kimi görmüşük.

Müharibədən gənc ikən dönmüş veteranlarımızartıq yaşlı insanlara çevrilib. Yaş artdıqca sağlamlıq problemləri və digər məişət problemləri də artıb. AVMVİB bu illər ərzində yığdığı təcrübələrə əsasən istənilən veteran probleminin həllinə yönəlmiş təkliflər planı hazırlamağa hazırdır.

AVMVİB-nin 25 yaşı tamam our. Hər bir döyüşçünün bircə arzusu var:ölmədən uğrunda döyüşdüyü Vətən torpaqlarının azad edilməsini görmək!!! Bu zəfəri görmədən dünyasını dəyişən hər bir döyüşçü bizlər üçün dünyadan nakam köçmüş sayılır. Biz veteranlar hesab edirik ki babalarımızın bizlərə miras qoyduğu sərhıdlərin bərpasını bizlər gələcək nəsillərin çiyninə yükləməməliyik. Bu gün «HƏR KƏS QARABAÖ, HƏR YER QARABAĞ, HƏR GÜN QARABAĞ! sayılmalıdır.

Son olaraq hər bir AVMVİB üzvünü və hər bir döyüşçünü 25 illiyimiz münasibətiylə təbrik edirik. Tək arzumuz bu yığıncağı Şuşada keçirməkdir.

25 yaşın mübarək AVMVİB!

AVMVİB İdarə Heyəti Yubiley tədbirlərinin keçirilməsi ilə bağlı tədbirlərə start verdi.

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: