AVMVİB Polis Müharibə Veteranları görüş keçirdi

AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini, AVMVİB Polis Müharibə Veteranı Abbas Hüseynovun verdiyi xəbərə görə, Xocalı İdman sarayının kinq boksinq üzrə baş məşqçisi, kinq-boksinq üzrə dünya çempionu Əli Şərif oğlu Cəfərovun məşqçiliyi ilə kinq boksinqlə məşğul olan yeniyetmələrlə veteranların görüşü keçirilib.

Bizimlə söhbətdə A. Hüseynov bildirdi ki, müharibə veteranları ilə gənc nəslin, o cümlədən yeniyetmələrin görüşlərinin təşkili çox vacibdir. Qarabağın unudulmamasıistiqamətində belə görüşlərin xüsusi əhəmiyyəti var. Dünya çempionu olan baş məşqçinin atası Şərif Cəfərov da Qarabağ uğrunda gedən döyüşlərdə yaralanıb və müharibə əlilidir. Əslən Xocalıdan olan idmançılarımızın vətənpərvərliyi qəlbləri riqqətə gətirdi. Xüsusən də «Xocalıya ədalət» deviziylə keçirilən yarışlar alqışanmalıdır…

Tədbirdə müharibə veteranları, rayon şöbələri rəhbərləri iştirak edirdilər.

Azər Bayram

AVMVİB POLİS MÜHARİBƏ VETERANLARI ŞÖBƏSİ GÖRÜŞ KEÇİRDİ
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •